Mingəçevirdə zəhərlənənlərdən 14-ü evə buraxılıb 

23:51 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, digər 2 nəfərin isə vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.